Bank Of Baku

Sumqayıtdakı Sintez Kauçuk zavodundakı partlayış zamanı ölən və yaralananların adları açıqlanıb

Sumqayıtdakı Sintez  Kauçuk zavodundakı partlayış zamanı ölən və yaralananların adları açıqlanıb
# 30 dekabr 2006 10:08 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 1840 kv.m. olan ikinci şöbənin lokal formadan rektifikasiya kalonlarını əlaqələndirən xətlərdə aparatlar dağılıb, təzyiq altında çıxan divinil qazı yanıb. Yanğın zamanı hadisə yerində 1965 ci il təvəllüdlü Şükufə Mürsəl qızı Mustafayeva və 1953 cü il təvəllüdlü Samirə Xeybər qızı Şıxəliyevanın meyitləri aşkarlanıb. Zavodun 4 nəfər işçisi, 1956 cı il təvəllüdlü Fikrət Həsən oğlu Həsənov, 1947 ci il təvəllüdlü Qafur Mikayıl oğlu Əliyev, 1965 ci il təvəllüdlü Əntiqə Məhəmmədəli qızı Qasımova üçüncü dərəcəli, 1951 ci il təvəllüdlü Salam Əhməd oğlu Əhmədov ikinci dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar Sumqayıt şəhər xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə yanğınsöndürmə və qəza xilasetmə məqsədilə, Sumqayıt və Bakı şəhərinin müxtəlif rayonlarından 15 dən çox yanğınsöndürmə avtomobili, həmçinin Mülki Müdafiə Qoşunlarının 235 nəfər şəxsi heyət üzvü və 12 ədəd müxtəlif texnikası cəlb edilib. Yanğın saat 00:47 dəqiqədə söndürülüb. Hadisənin səbəbi və dəyən ziyan hazırda müəyyənləşdirilir.
Sumqayıt şəhər prokurorluğundan isə APA-ya bildirilib ki, hazırda onların əməkdaşları hadisə yerində təhqiqat aparırlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR