Bank Of Baku

Bakı avtovağzalının sərnişinləri vaxtında yola salmasında və gediş qiymətlərində problem yaranıb

Bakı avtovağzalının sərnişinləri vaxtında yola salmasında və gediş qiymətlərində problem yaranıb
# 30 dekabr 2006 10:11 (UTC +04:00)
APA-nın əməkdaşının Bakı avtovağzalında apardığı müşahidə nəticəsində bəlli olub ki, rayonlara gedən avtobus və taksilərdə gediş haqqı iki dəfə artırılıb. Bundan əlavə, bir çox rayonlara avtobus, ümumiyyətlə, getmir. Buna görə də hazırda vağzalda rayonlara yola düşmək istəyənlərin sayı yüzlərlədir və bu avtovağzalda qələbəlik yaradıb. Məsələn, Bakıdan Gəncəyə gedən avtobuslarda gediş haqqı 6 - 7 manat olsa da, bu gün qiymət 12-13 manata çatıb, taksilər isə 17-18 manata sərnişin daşıyırlar. Biləsuvara gedən avtobuslarda qiymət 5 manatdan 10 manata, taksilərdə isə 6 manatdan 12 manata qədər artıb.
Bakı avtovağzalının nəzarət buraxılış məntəqəsinin rəhbəri Əli Abbasovun APA-ya verdiyi məlumata görə, gediş qiymətlərini qaldıranlar avtovağzalın sürücüləri deyil: “Onlar şəxsi avtobusları olan sürücülərdir”. Onun sözlərinə görə, Bakı avtovağzalının bu günə olan biletləri hələ bir neçə gün əvvəldən alınıb: “Avtobusların qrafikində də ciddi problemlər yaranıb. Yolların buzlu olması rayonlarda olan avtobusların vaxtında vağzala çatmasına imkan vermir. Ona görə də bileti olan sərnişinləri də vaxtında yola sala bilmirik. Bayramlarla əlaqədar olaraq, bu gün avtovağzala adi günlərdən 2-3 dəfə çox sərnişin gəlib. Biz onları vaxtında yola sala bilmirik”. Ə. Abbasov problemin həlli üçün mümkün addımları atacaqlarını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR