Bank Of Baku

Zaqatalanın Makov kəndində mədəniyyət evinin açılış mərasimi keçirilib

Zaqatalanın Makov kəndində mədəniyyət evinin açılış mərasimi keçirilib
# 10 oktyabr 2007 14:16 (UTC +04:00)
Zaqatalanın Makov kəndində mədəniyyət evinin açılış mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon İcra Hakimiyyətindən məlumat verilib. Makov kənd mədəniyyət evi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) maliyyəsi hesabına tamamilə yenidən qurulub və müasir avadanlıqlarla təchiz edilib. Açılış mərasimə rayon ictimaiyyətinin nümayəndələri ilə bərabər, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və icra başçısı Asif Əsgərov da qatılıb. Mərasimdə çıxış edən A. Əsgərov son vaxtlar rayonda aparılan quruculuq və abadlıq işlərindən danışıb və yerli sakinlərin problemləri ilə maraqlanıb. Rəsmi hissə başa çatdıqdan sonra tədbir kənd mədəniyyət evinin özfəaliyyət kollektivinin konsert proqramı ilə davam etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR