Bank Of Baku

Azərbaycan işçi qüvvəsinin qanunsuz istismarına görə cərimələri sərtləşdirmək niyyətindədir

Azərbaycan işçi qüvvəsinin qanunsuz istismarına görə cərimələri sərtləşdirmək niyyətindədir
# 19 oktyabr 2007 12:18 (UTC +04:00)
Son bir il ərzində Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə dövlət 5 mindən artıq əmək müqaviləsinin bağlanmasına və eyni sayda əmək müqavilələrində əmək haqlarının artırılmasına nail olub.
APA-Economics”in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, dövlət başçısının müvafiq sərəncamından sonra əmək müqavilələrinin bağlanması sahəsində mövcud problemlər həll olunmaqdadır. Nazir bu prosesin bundan sonra da davam etdiriləcəyini söyləyib: “Bəzi iş adamları işçiləri qanunsuz olaraq gecələr də işlədir. Hətta onların arasında uşaqlar da var. İşəgötürənlər bilməlidir ki, əmək müqaviləsi olmayan işçi üçün məsuliyyəti bilavasitə işəgötürən özü daşıyır. Həmçinin, işəgötürənlər Dövlət Əmək Müfəttişliyinin yoxlama aparmasını gözləməməlidir və işçilərlə əmək münasibətlərini vaxtında qurmalıdır. Əks təqdirdə, onlara qarşı iqtisadi sanksiyaların tətbiqi nəzərdə tutulub. Məsələn, Rusiyada bir qanunsuz əməkçi üçün 40-100 min ABŞ dolları məbləğində cərimə tətbiq olunur. Biz də Azərbaycanda cərimələrin təsiredici olmasını istəyirik”. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR