Bank Of Baku

Gələn ildən Azərbaycanda hərbi qulluqçular pensiyalarını plastik kartla alacaq

Gələn ildən Azərbaycanda hərbi qulluqçular pensiyalarını plastik kartla alacaq
# 19 oktyabr 2007 13:27 (UTC +04:00)
Azərbaycanda 2008-ci ildən hərbi qulluqçular pensiyalarını mərkəzləşdirilmiş qaydada bankomatlardan plastik kart vasitəsilə alacaqlar.
APA-Economics”in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib ki, bu istiqamətdə hazırda aparılan işlər iki aya yekunlaşacaq. Fond sədrinin sözlərinə görə, ümumilikdə respublikada 780 min nəfər pensiyasını plastik kartla alır. Onların 225,6 min nəfəri kəndlərdə yaşayır. Hazırda kənd yerində yaşayan pensiyaçıların 43%-i, şəhərdə yaşayan pensiyaçıların isə 100%-i pensiyasını kartla alır.
Azərbaycanda pensiyaların məbləğinin az olması barədə söylənilən fikirlərlə razılaşmayan S.Müslümovun sözlərinə görə, bu gün pensiyaların artım tempi əmək haqlarının artım tempini üstələyir.
Həmçinin, DSMF sədri sosial sığorta ödənişlərinə görə borclu müəssisələrin borclarının ödənilməsi prosesinin uğurla getdiyini söyləyib. S.Müslümov əlavə edib ki, “Qeyri-dövlət pensiya fondları haqqında” qanun layihəsinin gələn il Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir. DSMF başçısı bu fondların qısa zamanda yaradılmayacağını, bunun üçün müəyyən qədər vaxt tələb olunduğunu da bildirib. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR