Bank Of Baku

Əli Bayramlıda göz həkimlərindən ibarət briqada 24 cərrahiyyə əməliyyatı keçirib

Əli Bayramlıda göz həkimlərindən ibarət briqada 24 cərrahiyyə əməliyyatı keçirib
# 22 oktyabr 2007 09:31 (UTC +04:00)
Əli Bayramlıda göz həkimlərindən ibarət briqada 24 cərrahiyyə əməliyyatı keçirib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Əli Bayramlı şəhər Səhiyyə İdarəsinin müdiri Murad Salmanov məlumat verib. Onun dediyinə görə, oktyabrın 19-da tibb elmləri doktoru Aydın Əliyevin rəhbərlik etdiyi Zərifə Əliyeva adına Respublika Göz Xəstəlikləri İnstitutunun 9 nəfərlik həkimlər briqadası 24 pasiyent üzərində cərrahiyyə əməliyyatı aparıblar. Əsasən kataraktadan (mirvari suyu) əziyyət çəkən xəstələr üzərində aparılan cərrahiyyə əməliyyatları Səhiyyə Nazirliyinin tapşırığı əsasında xeyriyyə məqsədi daşıyıb və pulsuz yerinə yetirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR