Bank Of Baku

Naxçıvan-Bakı aviamarşrutunda sərnişin sıxlığının artması toy mövsümü ilə bağlıdır

Naxçıvan-Bakı aviamarşrutunda sərnişin sıxlığının artması toy mövsümü ilə bağlıdır
# 22 oktyabr 2007 15:55 (UTC +04:00)
Naxçıvan Beynəlxalq Hava Limanın gözləmə zalında 400-dən artıq vətəndaş bilet növbəsində dayanıb. APA-nın Naxçıvan bürosunun məlumatına görə, bu vəziyyət artıq bir neçə gündür davam edir. Hava limanından yaranan gərginliyin səbəbini toy mövsümünün başlaması ilə əlaqələndirilir: “Sərnişinlər toy mövsümü ilə əlaqədar əksər hallarda əvvəlcədən 20, 30 və daha çox bilet əldə edirlər. Bu da nəticə etibarilə bilet qıtlığına səbəb olur” .
Hava limanında hesab edirlər ki, aeroportda sərnişin sıxlığı problemi müvvəqəti xarakter daşıyır: “Artıq bununla bağlı əlavə reyslər həyata keçirilir. Növbəti günlərdə gərginlik tam aradan qalxacaq”.
Qeyd edək ki, gündəlik qrafikə mövcud gərginliklə əlaqədar 2 reys əlavə olunub. Naxçıvan-Bakı-Naxçıvan istiqamətində gün ərzində 6 reys həyata keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR