Bank Of Baku

Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı təlim keçirilib

Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı təlim keçirilib
# 19 iyun 2026 14:31 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Astara rayonunun Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının aparılması, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Müvafiq qurumların əməkdaşlarının iştirak etdiyi təlim zamanı şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər “zərərçəkmişləri xilas edərək ilkin yardım göstərdikdən” sonra aidiyyəti üzrə təhvil veriblər.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR