Bank Of Baku

Beynəlxalq Təbiəti Konservasiyası və Ovçuluq Cəmiyyətinin prezidenti Denis Anderson Bakıya gəlib

Beynəlxalq Təbiəti Konservasiyası və Ovçuluq Cəmiyyətinin prezidenti Denis Anderson Bakıya gəlib
# 23 oktyabr 2007 08:45 (UTC +04:00)
Beynəlxalq Təbiəti Konservasiyası və Ovçuluq Cəmiyyətinin prezidenti Denis Andersonun bu gün Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, qonaq əvvəlcə Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin qəbrini ziyarət edib. Ziyarətdən sonra jurnalistlərə açıqlama verən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, prezidentinin səfəri zamanı ovçuluq təsərrüfatının idarəedilməsi sahəsi ilə bağlı geniş müzakirələr aparılacaq. Nazirin sözlərinə görə, Azərbaycan bu sahədə bir çox ölkələrin, məsələn, Macarıstanın təcrübəsindən faydalana bilər: “Macarıstan ildə 60 min ton kəklik əti ixrac edir. Bu ölkədə heyvanları yetişdirdikdən sonra ovçular onları vurur, bir-ikisini aparır, qalanlarını isə paketləşdirib ət kimi satırlar. Bu, artıq onlarda böyük sənayeyə çevrilir. Biz bunları dünyada ən yaxşı nüfuz qazanmış ovçu cəmiyyətlərindən öyrənə bilərik”. H. Bağırov bildirib ki, Azərbaycanın ovçuluq təsərrüfatları çoxdur, amma onları təbiətə kömək edən zəngin təşkilatlara çevirmək lazımdır. Nazir ovçuluq sahəsində balans yaradılmasının da vacib olduğunu söyləyib.
D. Anderson isə səfəri zamanı Azərbaycanla konservasiya məqsədlərinə dair anlaşma memorandumunun imzalanmasına dair müzakirələr aparacaqlarını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR