Respublika Seysmoloji Xidmət Mərkəzi Şəkidə seminar keçirib
25 oktyabr 2007 14:34 (UTC +04:00)
Bu gün Şəkidə Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin təşəbbüsü ilə seminar keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, RSXM-nin baş direktoru Arif Həsənovun da qatıldığı seminarda Azərbaycanda seysmik müşahidələrin problemləri və bu sahədə mövcud vəziyyətdən danışılıb. A. Həsənov bildirib ki, Azərbaycan seysmik zonada yerləşir və ölkədə ilk seysmoloji stansiya 1902-ci ildə Şamaxıda tikilib. İkinci stansiya isə 1903-cü ildə Bakı şəhərində istifadəyə verilib. Bu müddət ərzində Azərbaycanda seysmik stansiyaların xidmətinin nəzərə çarpmadığını vurğulayan A. Həsənov yalnız 2000-ci ildə paytaxtda zəlzələ qeydə alındıqdan sonra mərkəzə ABŞ-dan 14 ədəd yeni aparatın gətirildiyini söyləyib: “Artıq biz həmin aparatların köməkliyi ilə ölkə ərazisində baş vermiş hər hansı zəlzələnin gücü barədə 1-2 dəqiqəyə məlumat ala bilirik”. Yaxın vaxtlarda daha 9 aparatın alınmasının nəzərdə tutulduğunu deyən A. Həsənov həmin avadanlıqların bölgələrdə quraşdırılacağını bildirib. Onun sözlərinə görə, ölkənin hər hansı bölgəsində iri miqyaslı tikinti işi aparılırsa, hökmən seysmik mərkəzdən icazə alınır. A. Həsənov 3 il əvvəl Nazirlər Kabineti tərəfindən belə bir qərarın qəbul edildiyini xatırladıb. /APA/
Sosial
Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib
17:46
3 may 2024
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
17:30
3 may 2024
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
17:28
3 may 2024
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
16:40
3 may 2024