Bank Of Baku

Daxili Qoşunlarda qanvermə aksiyası keçirilib

Daxili Qoşunlarda qanvermə aksiyası keçirilib
# 30 oktyabr 2007 10:24 (UTC +04:00)
Azərbaycan Daxili Qoşunlarında (DQ) talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirilib. APA-nın məlumatına görə, Bakı şəhər Baş Səhiyyə İdarəsinin köməyi ilə həyata keçirilən aksiya üçün Daxili Qoşunların Baş İdarəsində səyyar qanköçürmə laboratoriyası işə başlayıb. Bu işə Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun mütəxəssisləri də cəlb olunub. Qanvermə aksiyasında 100-ə yaxın zabit və gizir iştirak edib. Daxili Qoşunların mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova bildirib ki, qanvermə aksiyası Daxili Qoşunların bütün hərbi hissələrini əhatə edəcək və ildə iki dəfə keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR