Bank Of Baku

Bərdə şəhəri 3 gündür susuz qalıb

Bərdə şəhəri 3 gündür susuz qalıb
# 01 noyabr 2007 09:25 (UTC +04:00)
Bərdə şəhəri 3 gündür susuz qalıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Mingəçevir Regional Elektrik Təchizat İdarəsi ilə Bərdə Rayon Su-Kanal Müəssisəsi arasında yaranmış maliyyə mübahisələri üç gündür Bərdədə içməli su qıtlığı yaradıb. Sakinlər içməli su götürmək üçün ətraf yaşayış məntəqələrinə üz tutur. Mingəçevir Regional Elektrik Təchizat İdarəsinin əməkdaşları rayon ərazisində bütün içməli su çıxan artezian quyularına verilən elektrik enerjisini dayandırıb. Enerjisiz qalan 100-dək artezian 5200-dən çox abonenti su ilə təchiz edir. Bərdə Rayon İcra Hakimiyyətindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, artezianların dayandırılması haqda əhali və müvafiq qurumlara xəbərdarlıq edilməyib. Bərdə Su Kanal İdarəsinin mühəndisi Yusif Xasıyev Mingəçevir Regional Elektrik Təchizat İdarəsinə 189 min manat borclarının olduğunu etiraf edib: “Mingəçevir Regional Elektrik Təchizat İdarəsi enerji verilməsini bərpa etsə, əhaliyə su verilməsini bu gün bərpa edə bilərik”. İdarədən APA-nın Qarabağ bürosuna o da bildirilib ki, əhalidən su pulunun yığılmasında da ciddi çətinliklər var. İstehlakçılar istifadə etdikləri suyun haqqını ödəmək istəmirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR