Bank Of Baku

Azərbaycanın İsmayıllı rayonunun 18 nəfər sakini aclıq aksiyasına başlayıb

Azərbaycanın İsmayıllı rayonunun 18 nəfər sakini aclıq aksiyasına başlayıb
# 26 fevral 2008 12:41 (UTC +04:00)
Onların sözlərinə görə, sakinlərin etirazına məskunlaşdıqları rayonun Nizami küçəsi 21 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasından çıxarılmaları səbəb olub. Adıçəkilən yaşayış evində 20 ildən artıq yaşadıqlarını söyləyən yerli sakinlər binanın Bakı şəhərində qeydiyyatda olan Eldar Yusifov adlı şəxsin adına özəlləşdirildiyini iddia edirlər. Sakinlər bu gün yaşadıqları binadan çıxarılacaqları barədə göstəriş aldıqlarını, məhz buna görə də səhər saat 09:00-dan aclıq aksiyasına başladıqlarını deyiblər. Onlar həmçinin, aksiyaya başladıqları barədə Prezident Aparatına, İcra Hakimiyyətinə və rayon Mərkəzi Xəstəxanasına məlumat verdiklərini bildiriblər.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Rövşən Ağayev isə APA-nın yerli bürosuna açıqlamasında sakinlərin şikayətinin əsassız olduğunu bildirib. O, mübahisəli binanın inzibati təyinatlı olduğunu, binanın 1992-ci ildə sakinlərə sığınacaq kimi müvəqqəti müqavilə ilə verildiyini söyləyib. Sonradan isə sakinlərin müvəqqəti məskunlaşdığı həmin binanın auksiona çıxarılaraq satıldığını vurğulayan R. Ağayev sakinlərin bəzilərinə boş torpaq sahəsinin verildiyini, digərlərinə isə müvəqqəti sığınacaq üçün başqa binalarda yer təklif olunduğunu bildirib. Lakin sakinlər onların şərtləri ilə razılaşmadıqlarını, binanın onların adına özəlləşdirilməsini tələb edirlər. R. Ağayev isə binanın inzibati təyinatlı bina olduğunu əsas gətirərək, onun yaşayış məqsədi üçün fərdi şəxslər tərəfindən özəlləşdirilməsinin qanuna zidd olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR