Bank Of Baku

“Uşaq müdafiəsi üzrə milli qanunvericiliyin təhlili haqqında” hesabatın təqdimatına həsr olunan konfrans keçirilib

“Uşaq müdafiəsi üzrə milli qanunvericiliyin təhlili haqqında” hesabatın təqdimatına həsr olunan konfrans keçirilib
# 01 may 2008 13:46 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin Sosial siyasət daimi komissiyasının, BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə “Uşaq müdafiəsi üzrə milli qanunvericiliyin təhlili haqqında” hesabatın təqdimatına həsr olunan konfrans keçirilib. APA-nın məlumatına görə, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli hesabatda Azərbaycanda uşaqların vəziyyəti, uşaqların müdafiəsi üzrə milli və beynəlxalq qanunverici baza, valideyn himayəsinin təbliğ edilməsi və digər məsələlər haqqında ətraflı məlumatların yer aldığını bildirib. Komissiya sədri uşaqların müdafiəsi ilə bağlı lazım olan bütün addımların atılmasının zəruriliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR