Bank Of Baku

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib
# 01 may 2008 14:01 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 85 illiyi və 8 may - Beynəlxalq Qızıl Aypara və Qızıl Xaç günü münasibətilə qanvermə aksiyası keçirilib. AQAC-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cəmiyyətin Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) yerləşən bölməsində baş tutan qanvermə aksiyasında 65 nəfər iştirak edib. Qanverənlərin hamısı BTRİB-nin əməkdaşları olub. Tədbirdə AQAC-ın və BTRİB-nin rəhbər şəxsləri də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR