Bank Of Baku

Əqli mülkiyyət hüquqlarının qorunmasını təmin etməyən ölkələr siyahısında Azərbaycanın adı yoxdur

Əqli mülkiyyət hüquqlarının qorunmasını təmin etməyən ölkələr siyahısında Azərbaycanın adı yoxdur
# 02 may 2008 07:53 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. ABŞ Ticarət Nümayəndəliyinin (USTR) dünya ölkələrində əqli mülkiyyət hüquqlarının qorunması və təmin olunması sahəsində vəziyyəti əks etdirən “Special-301” adlı illik hesabatı dərc olunub. Hesabatın “Prioritet nəzarət siyahısı”na Çin, Rusiya, Hindistan, Pakistan, İsrail və digər dövlətlər, “Nəzarət siyahısı”na isə Belarus, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan kimi MDB ölkələri və 31 dövlətin, o cümlədən Türkiyənin adı daxil edilib. Azərbaycan Müəllif Hüquqları Agentliyinin (AMHA) beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycanın adı əqli mülkiyyət hüquqlarının qorunması və təminatı sahəsindəki irəliləyişlərə görə 2006-cı ildə bu siyahıdan çıxarılıb. Adları çəkilən dövlətlərin hökumətlərinə əqli mülkiyyət hüquqlarının pozulması və piratçılıqla mübarizənin gücləndirilməsi üçün tövsiyələrin yer aldığı hesabatda 45 ölkənin mövcud vəziyyəti araşdırılıb. “Prioritet nəzarət siyahısı”na əqli mülkiyyət hüquqlarının lazımi səviyyədə qorunmasını təmin etməyən, beynəlxalq normalara zidd müddəaları olan və mövcud problemləri aradan qaldırmaq üçün səy göstərməyən ölkələr daxildir. Onlara qarşı xüsusi nəzarətin həyata keçirilməsi, ABŞ tərəfindən ixrac rüsumlarının artırılması, imtiyazların azaldılması və yaxud tamamilə ləğv olunması kimi sanksiyaların tətbiqi mümkündür. Hesabatda belə ölkələrin siyahısına Çin başçılıq edir.
Qeyd edək ki, bu hesabat dövlətlərin Dünya Ticarət Təşkilatına üzvlük məsələsinə ciddi təsir edir. Bu baxımdan Azərbaycanın adının hesabatda olmaması mühüm amil sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR