Bank Of Baku

Şamaxıda Beynəlxalq Ailə Günü münasibətilə təntənəli mərasim keçirilib

Şamaxıda Beynəlxalq Ailə Günü münasibətilə təntənəli mərasim keçirilib
# 15 may 2008 15:32 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. Şamaxıda Beynəlxalq Ailə Günü münasibətilə təntənəli mərasim təşkil olunub. BMT-nin Azərbaycandakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə məsul işçisi Gülşən Paşayevanın APA-ya verdiyi məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Şamaxı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Pirquluda Azərbaycanın müxtəlif regionundan olan ailələrin qatıldığı tədbirdə müxtəlif keyfiyyətlərinə görə seçilmiş ailələr əl qabiliyyətlərini, bişirdikləri yeməkləri nümayiş etdiriblər. Mərasimdə iki gəncin toy mərasimi də baş tutub. Tədbirdə Milli Məclisin üzvü Qənirə Paşayeva, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış ediblər. Tədbir çərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Açıq Cəmiyyət İnstitutunun mediada arasında keçirdiyi “İdeal ailə formulu: ənənəvi dəyərlər və müasirlik” adlı müsabiqəyə yekun vurulub. Müsabiqədə 3 nominasiya üzrə 5 qalib müəyyənləşdirilib, onlara pul mükafatları təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR