Bank Of Baku

Məşhur sovetoloq və Azərbaycan üzrə mütəxəssis Tomas Qoltz fikir ayrılığı səbəbindən Montana Universitetini tərk edib

Məşhur sovetoloq və Azərbaycan üzrə mütəxəssis Tomas Qoltz fikir ayrılığı səbəbindən Montana Universitetini tərk edib
# 19 may 2008 07:39 (UTC +04:00)
Vaşinqton. Hüsniyyə Hüseynova - APA. Azərbaycanın müstəqillik illərinin ilk dövrlərini və Dağlıq Qarabağ müharibəsinin ən şiddətli anlarını əks etdirən “Azərbaycan gündəliyi” kitabının müəllifi, professor Tomas Qoltz iki il yarım çalışdığı Montana Universitetinin (Missoula şəhəri) Mərkəzi və Cənub-Qərbi Asiya Proqramları Departamentindən ayrılıb.
APA-nın ABŞ bürosuna verdiyi açıqlamada professor Qoltz çalışdığı elm ocağının bəzi işçilərinin ünvanlarına kəskin ittihamlar da səsləndirib. O, bir müddət əvvəl Montana Universitetinin yerləşdiyi Missoula şəhərini tərk edərək, əvvəl yaşadığı Livinqston şəhərinə köçdüyünü təsdiq edib. Professorun sözlərinə görə, bundan sonra Montana Dövlət Universitetinin (Bozeman şəhəri) Siyasi Elmlər Departamentində çalışacaq. Bozeman şəhəri cənab Qotlzun yaşadığı Livinqston şəhərdən 40 dəqiqəlik məsafədə yerləşir. Tomas Qoltz Montana Universitetində işdən ayrılmağının Azərbaycanla bağlı tutduğu mövqedən qaynaqlandığını bildirib: “Bu məsələ Azərbaycanla birbaşa bağlıdır. Mən Montana Universitetinə Azərbaycan və Qafqaz üzrə mütəxəssis kimi dəvət edilmişdim. Vəzifəmə başlamazdan qısa müddət sonra məndən xahiş etdilər ki, fəaliyyətimi davam etdirmək üçün müəyyən miqdarda maliyyə vəsait tapım. Mən də bunu etdim. Lakin həmin vəsait demək olar ki, həmin an oğurlandı. Mən bu prosesi “vəsaitin lazım olmayan yerə xərclənməsi” kimi də adlandıra bilərdim. Amma “oğurlanıb” sözünü istifadə etmək daha düz yerinə düşür. Söhbət 30 min ABŞ dollarından gedir. Lakin Montana Universiteti (və ya məbləğə nəzarət edən insanlar) qeyd olunan məbləğdən istədiyi kimi istifadə edə biləcəklərini düşündülər. Bu cüzi vəsaiti ələ keçirmək üçün onlar yalanla dolu hərəkətlərə yol verdilər. Qeyd olunan hadisənin bütün detallarını yazmağı planlaşdırdığım hesabatda qeyd edəcəyəm”. Cənab Qoltz ona qarşı haqsızlıq edən insanların fəaliyyətinə baxmayaraq, dostlarının ona təm dəstək nümayiş etdirdiklərini qeyd edib. Tomas Qoltz bir müddət sonra ziddiyyətlər aradan qaldırılandan sonra universitetə qayıda biləcəyini də istisna etməyib.
Qeyd edək ki, Tomas Qoltz Montana Universitetində Azərbaycan üzrə mütəxəssislər də hazırlayırdı. Aprelin 29-da onun tələbələri Kley Bernett, Endrü Miller və Ross Pedi Heydər Əliyev mükafatı ilə təltif ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR