Bank Of Baku

Azərbaycan Belarusdan xidməti çoban itləri alır

Azərbaycan Belarusdan xidməti çoban itləri alır
# 24 may 2008 07:56 (UTC +04:00)
Belarus-Fəxri Kərimli-APA. Azərbaycan Belarusdan xidməti çoban itləri alır. APA-nın verdiyi xəbərə görə, Belarus Dövlət Sərhəd Xidməti 2020-ci ilə qədər alman və Belçika çoban itlərinin cütləşdirilməsindən yeni xidməti it cinsini yaratmaq niyyətindədir.Mütəxəssislər yeni cinsin alınması ilə Qrodno vilayətində yerləşən Kinologiya Mərkəzində məşğul olacaqlar. Belarus DSX-nin rəhbəri İqor Raçkovskinin sözlərinə görə, yeni cinsə ad qoyulmasa da, mütəxəssislər bu itin iş qabiliyyətinin artırılmasına da çalışacaqlar. İ. Raçkovski deyib ki, Azərbaycanın Belarus Kinologiya Mərkəzindən 10 çoban it körpəsini aldığını bildirib. Bunun üçün Azərbaycan hər bir küçüyə 800 avro vəsait ödəyib. Satın alınan çoban itlərindən narkotik vasitələrin, partlayıcı maddələrin və silahların axtarışında, eləcə də sərhəd xidmətinin müxtəlif sahələrində istiafdə olunması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR