İlkin məlumatlara əsasən, 2023-cü ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 134 elmi təşkilat və müəssisə fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 19,8 mindən artıq mütəxəssis məşğul olur, onların da 72,6 faizi tədqiqatçılardır.
Bu mütəxəssislərin 36,3 faizinin elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi var. Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 9 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər.