Bank Of Baku

2022/2023-cü tədris ilində BDU-ya 120 əcnəbi vətəndaş qəbul olub

2022/2023-cü tədris ilində BDU-ya 120 əcnəbi vətəndaş qəbul olub
# 10 yanvar 2023 11:01 (UTC +04:00)

Əcnəbi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbi tələbələrin məlumatlarının toplanması aidiyyəti elektron resurslar (portal.edu.az və atis.edu.az) vasitəsilə aparılır.

Bakı Dövlət Universitetindən APA-ya verilən xəbərə görə, Türkiyə, İran, Rusiya, Pakistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Banqladeş, Çad, Ukrayna, Gürcüstan, Çin, Nigeriya, Küveyt və digər ölkələrdən Bakı Dövlət Universitetində (BDU) təhsil almaq üçün çoxsaylı müraciətlər daxil olmaqdadır.

2022/2023-cü tədris ili üzrə bu günədək BDU-ya bakalavriaturaya 34, magistraturaya 28, doktoranturaya 7, hazırlıq qruplarına isə 51 nəfər olmaqla, ümumilikdə 120 nəfər əcnəbi vətəndaş qəbul olub. Bu da ötən illərə nisbətən böyük göstəricidir. BDU-da əcnəbi vətəndaşların qəbul prosesi davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR