İngilis dili müəllimləri üçün seminar və konfransın açılışı olub - FOTO

İngilis dili müəllimləri üçün seminar və konfransın açılışı olub - FOTO
# 28 iyun 2024 10:22 (UTC +04:00)

400-dən çox azərbaycanlı orta məktəb ingilis dili müəllimi üçün iki günlük seminar və konfransın açılışı olub.

APA xəbər verir ki, ADA Universitetində keçirilən açılış mərasimində ABŞ səfirliyinin Missiya rəhbərinin müavini Hugo Qevara çıxış edib.

O bildirib ki, Azərbaycanda xüsusilə də gənclər arasında ingilis dili bacarıqlarının inkişafına dəstək vermək səfirlik üçün prioritetlərdən biridir.

Missiya rəhbəri qeyd edib ki, artıq dördüncü ildir ki, səfirlik Azərbaycanda bu proqramı dəstəkləyir. Onun sözlərinə görə, 2023-cü ildə 112 ingilis dili müəllimi bu proqrama başlayıb və onlardan 92 müəllim bu proqramdan uğurla məzun olub:

"Bu proqramın Azərbaycanda artıq 350 məzunu var".

O, çıxışının sonunda proqram məzunlarına fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, konfrans Şimali Karolina Dövlət Universiteti tərəfindən idarə olunan və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən azərbaycanlı ingilis dili müəllimləri üçün 18 həftəlik onlayn magistr səviyyəsində ingilis dilinin tədrisi üzrə sertifikat proqramının kuliminasiya nöqtəsidir. Bu, proqramın dördüncü ilidir. Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən, Gəncə, Mingəçevir, Yevlax, Sumqayıt, Bərdə, Gədəbəy, Şəmkir, Şəki, Zaqatala, Füzuli, Lənkəran, Astara, Masallı və Beyləqandan ingilis dili müəllimləri iştirak edir. Bu, iştirakçılar üçün pedaqoji qabaqcıl təcrübələri öyrənmək və həmkar pedaqoqların peşəkar şəbəkəsini qurmaq üçün üsulları inkişaf etdirmək imkanıdır.

2020-ci ildə fəaliyyətə başladığı gündən magistr dərəcəsi səviyyəsində olan bu çətin virtual təlim proqramını 350 azərbaycanlı ingilis dili müəllimi uğurla bitirib. Proqram hər il böyüyür, təsirini və əhatə dairəsini artırır. ABŞ-ın Azərbaycandakı səfirliyi və Şimali Karolina Dövlət Universiteti Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun tərəfdaşlığı ilə bu uğurlu layihəni gələn il də davam etdirmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR