Bu il 20 minə yaxın şəxsə stasionar, yarımstasionar və səyyar xidmət göstərilib.
APA xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Vətən müharibəsindən sonra 4300-dən çox müharibə əlili və şəhid ailəsi mənzil və fərdi evlərlə təmin olunub.
Ümumilikdə isə 13 100 şəxsə mənzil verilib.