Bakıda dayanma-durmaya görə cərimə tətbiq edəcək DİN-in vəzifəli şəxsləri müəyyənləşib

Bakıda dayanma-durmaya görə cərimə tətbiq edəcək DİN-in vəzifəli şəxsləri müəyyənləşib
# 11 iyul 2020 13:17 (UTC +04:00)

Prezident İlham Əliyev “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.

APA-nın məlumatına görə, Fərman Daxili İşlər Nazirliyinə verilmiş yeni səlahiyyət çərçivəsində Bakı şəhərinin inzibti ərazisində dayanma və ya durma qaydalarını pozmağa, nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara münasibətdə inzibati xətalar haqqında işlərə baxan səlahiyyətli şəxslərin əhatə dairəsini müəyyən edir.

Beləliklə, Bakı şəhərinin inzibati ərazisində dayanma və ya durma qaydalarını pozulmasına görə iyirmi manat, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat, nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə iyirmi manat məbləğində cərimə etmək səlahiyyəti Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavinləri, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri, ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərlərinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR