Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı dəyişib.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.
Dəyişikliyə əsasən, büdcə xərclərində dövlət qulluqçularının əlavə təhsil xərcləri ayrıca maddədə əksini tapacaq.