Acınohur çölündə yeni milli parkın yaradılması nəzərdə tutulub.
APA xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
Onun sözlərinə görə, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi daxilində sənədlər toplanılır və aidiyyəti orqanlara təqdim olunması planlaşdırılır.