Bank Of Baku

ADA Universitetində “Görkəmli Polşa Qadınları” mövzusunda tədbir keçirilib - FOTO

ADA Universitetində “Görkəmli Polşa Qadınları” mövzusunda tədbir keçirilib - FOTO
# 07 mart 2023 13:47 (UTC +04:00)

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ADA Universitetində “Görkəmli Polşa Qadınları” mövzusunda tədbir keçirilib.

APA xəbər verir ki, Avropa İttifaqının Nümayəndəliyi və Polşa Səfirliyi tərəfindən təşkil olunan tədbir Aİ Nümayəndəliyi tərəfindən Azərbaycanda keçirilən “Qadın Gücdür!” ictimai kampaniyası çərçivəsində reallaşıb.

Tədbirdə çıxış edən Polşanın Azərbaycandakı səfiri Rafal Poborski deyib ki, ötən əsrlərdə qadınların öz hüquqlarından tam istifadə edə bilməməsi, platformalara çıxışının məhdudlaşdırılması nəticəsində onlar öz qabiliyyətlərini və bacarıqlarını ortaya qoya bilməyib, məhdudiyyətlərlə üzləşiblər. Səfir deyib ki, bu gün hələ də gender bərabərliyi məsələsində problemlər qalsa da artıq qızların, qadınların daha geniş imkanları var.

Səfir öz ölkəsi barədə məlumat verərək deyib ki, bu gün Polşada əmək qabiliyyəti olan qadınların 76 faizi çalışır. Qadınların 44 faizi idarəedici vəzifələrdə çalışır: "Polşanın Azərbaycandakı səfirliyində 20 əməkdaşdan 10-u qadındır ki, onlar səfirliyin siyasi, iqtisadi, administrativ, maliyyə sahələrində çalışır, səfirliyin fəaliyyətinə töhfə verirlər".

Daha sonra Polşanın Azərbaycandakı səfirliyinin katibi Katarina Pizaçeska tanınmış Polşa qadınları barədə prezentasiya ilə çıxış edib.

Tədbir çərçivəsində “Görkəmli Polşa Qadınları” sərgisi və eyni adlı kitabın təqdimatı da keçirilib.

Tədbirdə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin nümayəndələri, diplomatik korpusun üzvləri (o cümlədən, səfirlər və səfirlərin həyat yoldaşları), Azərbaycanın incəsənət və təhsil müəssisələrinin nümayəndələri, Polşanın Azərbaycandakı diasporunun üzvləri, o cümlədən Aİ-nin professor və tələbələri iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR