Bank Of Baku

Administrasiya: Türkiyə təyyarəsi Gürcüstan ərazisinə daxil olandan bir neçə dəqiqə sonra radardan itib

Administrasiya: Türkiyə təyyarəsi Gürcüstan ərazisinə daxil olandan bir neçə dəqiqə sonra radardan itib
# 11 noyabr 2025 17:19 (UTC +04:00)

Türkiyəyə məxsus C-130 təyyarəsi Gürcüstan ərazisinə daxil olandan bir neçə dəqiqə sonra radarlardan itib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Hava Naviqasiyası Administrasiyasından bildirilib.

Məlumata əsasən, təyyarə həyəcan siqnalı verməyib.

"Administrasiya beynəlxalq protokola tam uyğun olaraq, hadisə yerinə axtarış-xilasetmə qrupu göndərib. Hazırda Gürcüstanın müvafiq qurumları ilə birgə axtarış-xilasetmə işləri aparılır", məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR