Bank Of Baku

ADY bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

ADY bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
# 06 iyun 2025 20:04 (UTC +04:00)

ADY Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

APA xəbər verir ki, bu barədə qurumun “Facebook” hesabında məlumat verilib.

Qeyd edilib ki, 5 iyunda Bakı–Balakən qatarına tələbata uyğun olaraq əlavə 8 vaqon qoşulub.

Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla (530 sərnişin) yola düşüb.

Həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.

Artan sərnişin tələbatı nəzərə alınaraq 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR