Ağdamda Xocalı faciəsinin 31-ci ildönümü ərəfəsində Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş “Unudulmayan tarix” adlı anım tədbirinin iştirakçıları Ağdam Şəhidlər Xiyabanına yürüş edərək məzarlığı ziyarət edib, əklillər və qərənfillər qoyublar.
APA-nın yerli bürosunun xəbərinə görə, yürüşdən sonra tədbir iştirakçıları Xocalı soyqırımının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.