“Mən çox sevinirəm ki, yurdumuza qayıdıb, Vətən torpağına baş əyirik. Dövlətimizə sülh və əmin-amanlıq arzulayıram. Bir də pis günlər yaşamayaq”.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu sözləri bu gün Ağdərə rayonunun Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün Əkbər Şirinov deyib.
"Köçkünlük illərində çox ağır günlər yaşamışıq. Şükürlər olsun ki, hamısı geridə qaldı. Mən istərdim ki, bu gündən sonra heç bir ata-ana bala dağı görməsin. Bir daha yurd həsrəti çəkməyək. Allah Ordumuzu qorusun. Arzu edirəm ki, bu torpaqlarda subaylara toy edək, xoş günlər yaşayaq”, - deyə Həsənriz sakini bildirib.