Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar müəyyənləşib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin  strukturuna daxil olmayan tabeliyindəki qurumlar müəyyənləşib
# 22 may 2025 16:50 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı təsdiqlənib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Həmin qurumlar aşağıdakılardır:

1. “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs.
2. “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs və onun tabeliyindəki “Kommunal Laboratoriyalar” Məhdud Məsuliyyətli
Cəmiyyəti.
3. “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs.
4. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR