Bank Of Baku

Arıçı: Kəlbəcər balının dünya bazarına çıxması üçün əlimizdən gələni edəcəyik

Nemət Salmanov

© APA | Nemət Salmanov

# 24 sentyabr 2025 13:57 (UTC +04:00)

"Sevindirici haldır ki, biz bu gün doğma Kəlbəcərdə öz məhsullarımızı sərgiyə çıxarırıq”.

APA xəbər verir kli, bunu kəlbəcərli arıçı Nemət Salmanov deyib.

Kəlbəcərin Keşdək kəndində doğulduğunu deyən N.Salmanov bir neçə ildir burada təsərüfat yaratdığını bildirib: “İlk dəfədir ki, məhsulumu festivalda sərgiləyirəm. Arzu edirəm ki, Kəlbəcər balı ölkəmizlə yanaşı dünya bazarlarında da öz yerini tutsun. Bunun üçün biz əlimizdən gələni əsirgəməyəcəyik. Bu günü bizə yaşadan Prezidentimizə uzun ömür, can sağlığı arzulayıram. Allah əziz şəhidlərimizə rəhmət diləyirəm. Həmçinin Allah qazilərimizə can sağlığı versin".

Arıçı Elvin Bayramlı deyib ki, illər əvvəl işğalçılar Kəlbəcərdə istehsal olunan balı bazarlara daşıyanda hamı kimi o da çox məyus olub: “Hətta burada tədbirlər də təşkil edirdilər. İndi bu tədbirləri bu yurdun əzəli və əbədi sakinləri qeyd edir. Mən bir arıçı kimi öz növbəmdə festivalın təşkilatçılarına minnətdarlığımı bildirirəm. Tarixi bir gündür, xoşbəxt anlar yaşayırıq. İlk dəfə Kəlbəcər balını qablaşdıran arıçı kimi bildirirəm ki, Kəlbəcər digər kənd təsərrüfatı sahələri kimi arıçılığın da inkişafanı öz töhfəsini verəcək. Çünki buranın təbiət buna imkan yaradır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR