Bank Of Baku

Astarada leysanla bağlı təxliyə olunan sakinlər evlərinə qayıdıblar - FOTO

Astarada leysanla bağlı təxliyə olunan sakinlər evlərinə qayıdıblar - FOTO
# 29 sentyabr 2025 12:59 (UTC +04:00)

Astaranın Ərçivan qəsəbəsində leysanla bağlı həyətlərinə dolan sel suları nətincəsində təxliyə olunan 33 nəfər evlərinə qayıdıblar.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hazırda müvafiq qurumlar vətəndaşlara dəymiş ziyanı hesablayır və problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, ötən gecədən cənub bölgəsində başlayan intensiv yağışlar Astara rayonunun Ərçivan qəsəbəsində fəsadlar törədib. Qəsəbənin bəzi yerlərində suyun səviyyəsi 1 metrə çatıb. Əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri və DİN-in əməkdaşları cəlb olunub, qərargah yaradılıb. Görülən tədbirlər nəticəsində evlərdən 33 nəfər təxliyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR