Bank Of Baku

ATB: Naftalan neftinin ən böyük problemi beynəlxalq sertifikatının olmamasıdır

ATB: Naftalan neftinin ən böyük problemi beynəlxalq sertifikatının olmamasıdır
# 21 dekabr 2023 15:37 (UTC +04:00)

Naftalan nefti ilə bağlı ən böyük problemlərdən biri odur ki, onun beynəlxalq sertifikatı yoxdur.

APA xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədrinin müavini Rəşad Əliyev Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya Forumu"nun panel çıxışı zamanı deyib.

"Səhiyyə Nazirliyi və bir sıra beynəlxalq aidiyyəti qurumlarla birgə Naftalan neftinin sertifikatlaşdırılması üzərində kompleks iş aparılır", - o deyib.

Sədr müavini sertifikatlaşdırmanın potensialına diqqət çəkib: "Bunun yekununda ölkəmizə böyük turist kütləsinin gəlməsi real olacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR