İşğaldan azad olunmuş bütün ərazilərə gələcəkdə qeyri-hökumət təşkilatlarının səfərləri təşkil olunacaq.
APA xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, təşəbbüs olarsa, agentlik işğaldan azad edilmiş ərazilərdə də yeni ictimai birliklərin, QHT-lərin yaradılması işinə baxacaq: "Mübaliğəsiz deyə bilərik ki, Azərbaycan qələbədən sonra, son 200 ildə öz tarixinin ən şanlı günlərini yaşayır. İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işləri gedir. Vətəndaş cəmiyyəti olaraq biz də bu işə öz töhfəmizi vermək istəyirik".