Bank Of Baku

Azad edilmiş ərazilərdəki modul tipli xəstəxanalar poliklinika kimi fəaliyyət göstərəcək

Azad edilmiş ərazilərdəki modul tipli xəstəxanalar poliklinika kimi fəaliyyət göstərəcək
# 14 dekabr 2023 11:34 (UTC +04:00)

Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda modul tipli xəstəxanalar quraşdırılıb.

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı hesabat və strateji hədəflər mövzusunda keçirilən brifinqdə deyib. O bildirib ki, gələn il Cəbrayıl və Qubadlı rayonlarında da modul tipli xəstəxanaların quraşdırılması planlaşdırılır.

O, həmçinin qeyd edib ki, həmin yerlərdə mərkəzi xəstəxanalar fəaliyyətə başladıqdan sonra oradakı modul tipli xəstəxanalar poliklinika kimi fəaliyyətlərini davam etdirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR