Bank Of Baku

Azad olunan ərazilərə nəcib marallar, bezoar keçiləri, köpkər və tirəndazlar buraxılacaq

Azad olunan ərazilərə nəcib marallar, bezoar keçiləri, köpkər və tirəndazlar buraxılacaq
# 03 mart 2023 16:36 (UTC +04:00)

İşğaldan azad olunan ərazilərdə reintroduksiya layihələri çərçivəsində müxtəlif yerlərdə təbiətə nəcib maralları, bezoar keçiləri, köpkər və tirəndazların buraxılması nəzərdə tutulur.

APA xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Ekspert saatı"nda deyib.

O bildirib ki, həmin ərazilərdə balıq populyasiyaların artırılması istiqamətində də müxtəlif balıq növlərinin buraxılması davam etdirilir:

"2022-ci ildə bu say 6 milyona yaxın olmuşdu. Bu il bu rəqəmi daha da artırmaq niyyətindəyik. Kiçik balıqlar mühitə daha tez adaptasiya olduğundan əsasən çaylara 20-25 qramlıq balıqlar buraxılır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR