Telekommunikasiya operatoru və provayderləri üçün yeni vəzifə müəyyənləşir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Telekommunikasiya haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, telekommunikasiya operatoru və provayderlərinin vəzifələri sırasına telekommunikasiya xidmətləri vasitəsi ilə qumar oyunlarının təşkili və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və ya satışı, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada tədbirlər görmək daxil edilir.
Layihə üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Azərbaycan ərazisindən xarici mərc oyunları satıcılarının virtual mühitə çıxışının qarşısı alınacaq
27 dekabr 2021 13:32 (UTC +04:00)
Sosial
Azərbaycanın bəzi rayonlarına dolu düşüb
11:35
2 iyun 2024
Ölkədə qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki HAVA
11:29
2 iyun 2024
Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul imtahanı keçirilir
07:04
2 iyun 2024
IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib
17:57
1 iyun 2024