Bank Of Baku

Azərbaycan Pediatriya Cəmiyyətinin beynəlxalq konqresi keçirilir - FOTO

Azərbaycan Pediatriya Cəmiyyətinin beynəlxalq konqresi

© APA | Azərbaycan Pediatriya Cəmiyyətinin beynəlxalq konqresi

# 12 dekabr 2025 13:13 (UTC +04:00)

Azərbaycan Pediatriya Cəmiyyətinin beynəlxalq konqresi keçirilir.

APA xəbər verir ki, konqresdə Azərbaycan, Türkiyə, Gürcüstan və Meksikadan tanınmış professor doktorlar iştirak edir.

Konqres Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra dövlət himni səsləndirilib.

Ardından Heydər Əliyevin ioqrafiyası ilə bağlı video-çarx nümayiş etdirilib.

Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev görülən işlər barədə məlumat verib: “Oktyabrda Şuşada 300 nəfərin iştirakı ilə böyük konfrans keçirdik. Həmçinin APC nəzdində işçi qrupu yaradılıb. Hazırda 23 işçi qrupumuz var. Bundan əlavə, ayda bir dəfə müxtəlif mövzularda vebinarlar təşkil olunub”.

Əli Quliyev bildirib ki, ölkədə pediatriya mərkəzlərinin sayı artırılmalıdır: “Həmçinin regionlardakı həkimlərin təkmilləşdirilməsi üçün proqram hazırlanmalıdır. Eyni zamanda, peyvəndləmə faizinin artırılması üçün çalışmalara ehtiyac var. Skrininq (daban) testinin əhatə dairəsini tam genişləndirmək lazımdır. Bundan əlavə, metobolizma və genetika xəstəliklərinin müalicəsinin inkişafına təkan vermək lazımdır”.

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bildirib ki, Azərbaycan Pediatriya Cəmiyyəti səmərəli fəaliyyəti ilə ölkə hüdudlarını aşa bilən, Beynəlxalq Pediatriya Assosiasiyasının Mərkəzi Asiya regionu üzrətəmsilçisi mövqeyinə yüksəlmiş nümunəvi təşkilatdır.

"Azərbaycan Pediatriya Cəmiyyətininin bu ilin mayında Meksikada uğurlu ölkə təqdimatı nəticəsində ölkəmizin Beynəlxalq Pediatriya Assosiasiyasının Konqresinə evsahibliyinə əsas namizəd ölkələr içərisində ilk dəfə üst pillələrdə qərarlaşdı. Qarşıdakı dövrdə bu sistemli işin real nəticə verəcəyinə inanırıq.

Son illər Azərbaycanda səhiyyə profilli təşkilatların fəaliyyətində müşahidə olunan canlanma, təşəbbüskarlığın artması, layihələrin keyfiyyətinin yüksəlməsi sevindiricidir. Yaxın vaxtlarda ölkədə səhiyyə profilli QHT-lərin ilk forumu təşkil olunacaq", - Tural Əliyev vurğulayıb.

O qeyd edib ki, pediatriya sahəsində fəaliyyət göstərən ictimai birliklər uşaqların mənəvi dünyasının pozulmasına qarşı mübarizədə daha fəal olmalıdır, çünki bunun son nəticəsi uşaqların sağlamlığının itirilməsidir.

Milli Məclisin Səhiyyə komitəsinin komitə sədrinin müavini Rəşad Mahmudov deyib ki, Azərbaycan səhiyyəsi son yüz ilin ən şərəfli tarixini yaşayır: “İcbari Tibbi Sığorta vasitəsilə insanlar maddi çətinlik yaşamadan sağlamlıq problemlərini həll edə bilirlər. Məsələn, son 5 il ərzində 50 mindən çox anigoqrafiya (anju) müayinəsi aparılıb. 1200-dən çox qaraciyər və böyrək transplantasiyası və s. həyata keçirilib”.

TƏBİB-in İcraçı Direktor müavini Araz Nəsirov bildirib ki, qurum 50-ə yaxın tibb cəmiyyəti ilə əməkdaşlıq edir: “Bu baxımdan, yeni tibb cəmiyyətlərini də əməkdaşlığa dəvət edirik. Son iki ildir regiondakı xidmətlərin çeşidi, həcmi Bakıdakı xidmətləri üstələyir. Bütün xəstəxanalarımızın akt zalları cəmiyyətlərə açıqdır. Pediatriya yeganə sahədir ki, ölkədə bir yox, bir neçə cəmiyyət mövcuddur. Arzumuz odur ki, cəmiyyətlər tək yox, ortaq tədbirlər həyata keçirsinlər”.

Daha sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının qeyri-hökumət təşkilatları ilə iş sektoru müdiri Tural Əliyev, Səhiyyə Nazirliyi Səhiyyə Siyasəti şöbəsinin müdiri Ramiq Quliyev də çıxış edərək Azərbaycanın səhiyyə sahəsindəki nailiyyətlərindən bəhs ediblər.

Konqresdə uşaqlarda revmatoloji xəstəliklərdə laborator müayinələrdən düzgün istifadə, uzun müddət davam edən qızdırma, yoluxucu xəstəliklər, kəskin respirator virus infeksiyaları və s. müzakirə ediləcək.

Konqres panel sessiyalarla davam edib.

Qeyd edək ki, konqres 11-13 dekabr tarixlərini əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR