Azərbaycanda 2024-cü ildə qadını nikaha daxil olmağa məcbur etmə ilə bağlı cinayət qeydə alınmayıb.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Qeyd edilib ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, qadınların fahişəliyə cəlb olunması ilə bağlı qeydə alınmış 70 cinayət faktı üzrə 71 qadın zərərçəkmiş qismində tanınıb.