Bank Of Baku

Azərbaycanda daha 428 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb

Azərbaycanda daha 428 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb
# 27 avqust 2022 19:06 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 428 yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 811 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 798 143 nəfər müalicə olunaraq sağalıb, 9 805 nəfər vəfat edib, aktiv xəstə sayı 3 611 nəfərdir.

Ölkədə son sutka ərzində 3 215, hazırkı dövrədək isə 7 142 025 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR