Bank Of Baku

Azərbaycanda daha 95 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda daha 95 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib
# 27 dekabr 2022 16:31 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 95 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 826 075 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 510 nəfər müalicə olunaraq sağalıb, 10 008 nəfər vəfat edib, aktiv xəstə sayı 557 nəfərdir.

Ölkədə son sutka ərzində 2 438, hazırkı dövrədək isə 7 423 605 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR