Azərbaycanda Rumıniyanın 95 adda dərmanı qeydiyyatdan keçib.
APA xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Azərbaycan-Rumıniya hökumətlərarası komissiyanın 6-cı iclasında çıxışı zamanı deyib.
O bilidirib ki, ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var:
"Hazırda xəstəxanaların akkreditasiyası, QİÇS və vərəmlə bağlı müştərək layihələrimiz var. Müxtəlif sərgilərdə birgə iştirak edirik".