Azərbaycanda son 1 həftədə 20 nəfər COVID-19-a yoluxub, 4 nəfər ölüb

Azərbaycanda son 1 həftədə 20 nəfər COVID-19-a yoluxub, 4 nəfər ölüb
# 04 dekabr 2023 17:46 (UTC +04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (27.11.2023-03.12.2023) 20 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 834 172 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 758 nəfər müalicə olunaraq sağalıb, 10 376 nəfər vəfat edib, aktiv xəstə sayı 38 nəfərdir.

Ölkədə son həftə ərzində 2612, hazırkı dövrədək isə 7 718 479 test aparılıb.

Qeyd edək ki, son bir həftədə koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 897, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 570, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 373, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 524, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 430 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR