Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilib

Seyfulla Əzimov

© APA | Seyfulla Əzimov

# 21 may 2024 11:32 (UTC +04:00)

Uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilib.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.

Milli Koordinator bildirib ki, həmin əməllərdə şübhəli bilinən və ya belə cinayətə görə məhkum olunmuşlar isə məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər siyahısına daxil edilib: "Yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə də cinayət tərkibinin əməli kimi müəyyənləşdirilib, bu cür məqsədlərlə uşaqların təqib edilməsinə görə qanunvericiliyə cinayət məsuliyyətini nəzərdə tutan müddəalar əlavə edilib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR