Bank Of Baku

Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olmağa dair məhdudlaşdırıcı tələbin ləğvi istənilir

Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olmağa dair məhdudlaşdırıcı tələbin ləğvi istənilir
# 03 mart 2023 14:04 (UTC +04:00)

Ombudsman Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmağa dair məhdudlaşdırıcı tələbin qanundan çıxarılması məqsədəmüvafiq hesab edir.

APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Sənəddə qeyd edilib ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslərin Azərbaycan Respublikasının vətəndaşı sayılması üçün həmin şəxsin bu qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmasına dair məhdudlaşdırıcı tələbin qanundan çıxarılması məqsədəmüvafiqdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR