Bank Of Baku

“Azərişıq”: Son sutka ərzində baş vermiş qəzalar lokal xarakter daşıyıb - YENİLƏNİB

“Azərişıq”: Son sutka ərzində baş vermiş qəzalar lokal xarakter daşıyıb - YENİLƏNİB
# 09 yanvar 2023 14:47 (UTC +04:00)

Son 24 saatda Azərbaycanda elektrik enerjisi təchizatı sistemində uzunmüddətli və böyük miqyaslı qəza baş verməyib.

APA xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Qurumun açıqlamasında deyilir ki, son sutka ərzində baş vermiş qəzalar lokal xarakter daşıyıb: “Gözlənilən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejimində çalışır. Baş verə biləcək qəzaların aradan qaldırılması üçün əlavə texnika və mal-material ayrılıb. Mövcud hava şəraiti ilə əlaqədar ölkə ərazisində bir neçə yerdə lokal xarakterli qəzalar baş verib və tez bir zamanda əməkdaşlarımız həmin qəzaları aradan qaldırıb. Hazırda ölkə ərazisində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təmin edilib.

Abonentlərdən xahiş edirik ki, baş verən hansısa qəza və kəsinti halları ilə əlaqədar 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlayıb məlumat versinlər”.

***

13.35

Qarlı hava şəraiti ilə bağlı Lerikin bir neçə yaşayış məntəqəsi işıqsız qalıb.

APA-nın cənub bürosunun xəbərinə görə, ötən axşamdan başlayaraq Lerikə güclü qar yağıb. Qarın hündürlüyü rayon ərazisinə 20 sm, dağlarda 35 sm-dir. Qar əsasən rayonun elektrik təsərrüfatına ziyan vurub. Bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayanıb.

Lerik Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Vüqar Mirzəyev APA-ya bildirib ki, hazırda həmin kəndlərdə elektrik enerjisinin verilişinin bərpası üçün işlər aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR