Bakı Dövlət Universitetinin sabiq prorektoru polkovnik Rövşən Abdullayev 55 yaşında vəfat edib.
Bu barədə APA-ya BDU-nun dosenti Fikrət Şiriyev məlumat verib.
O bildirib ki, mərhumun cənazəsi sabah 13:00-da Qələbə dairəsinin yaxınlığında yerləşən evindən götürüləcək.
Qeyd edək ki, Rövşən Müslüm oğlu Abdullayev 1969-cu il sentyabrın 18-də Bakıda anadan olub.
BDU-nun Şərqşünaslıq fakültəsini bitirdikdən sonra milli təhlükəsizlik orqanlarında xidmət edib, polkovnik rütbəsinə qədər yüksəlib.
O, 2005–2014-ci illərdə BDU-nun Ümumi işlər üzrə rektor köməkçisi vəzifəsində çalışıb.