Bank Of Baku

Bakı metrosunda enerjinin verilişində məhdudiyyətlər aradan qaldırılıb - YENİLƏNİB

Bakı metrosunda enerjinin verilişində məhdudiyyətlər aradan qaldırılıb - YENİLƏNİB
# 03 may 2025 18:00 (UTC +04:00)

Bakı metropoliteninin "Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyalarına şəhər şəbəkəsindən gələn yüksək gərginlikli xətlərdə elektrik enerjisinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb.

Bu barədə APA-ya Bakı Metropoliteni İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bu səbəbdən həmin istiqamətdə metropolitenin dizel-generatorları yenidən ehtiyat rejimə keçirilib.

Qatarlar arasında interval hərəkət qrafikinə uyğun təmin edilməklə gecikmələr aradan qaldırılıb. Bakı metropoliteninin stansiyaları normal iş rejimi şəraitində fəaliyyətini davam etdirir.

***

15:10

"Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Bakı Metropoliteni" QSC-yə gələn yüksək gərginlikli elektrik xətləri ilə enejinin verilişində məhdudiyyətlər yaranıb.

Bu barədə APA-ya Bakı Metropoliteni İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən dərhal həmin istiqamətdən elektrik təchizatını təmin edən Bakı metropoliteninin dizel-generatorları qoşulmaqla qatarların hərəkəti təmin edilir.

Qatarların hərəkətində qismən gecikmələr müşahidə olunur. Bakı metropoliteninin stansiyaları fəaliyyətini normal iş rejimi şəraitində davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR